MHL-in son turunda “Sent-Luis Blyuz” “Los-Anceles Kinqz”i 4:3 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın son qolunun müəllifi olan Braden Şenn komanda yoldaşı Pavel Buçneviç haqda danışıb:
“Rəqib hər dəfə əlavə vaxtda şaybanı itirəndə bir addım irəli getməlisən. Topu ancaq irəli sürün. Buçneviç sizə ötürmə verib-verməməsindən asılı olmayaraq ona yer yaratmalısınız. O, mərkəzi mükəmməl ötürmə ilə məni tapdı”.
Qeyd edək ki, rusiyalı hokkeyçi də bu görüşdə qol vurub. O, ardıcıl üçüncü oyundur ki, buz meydanında fərqlənməyi bacarır. Buçneviç cari mövsümdə 46 oyunda 39 xal (17+22) toplayıb.