Litvanın Kaunas şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatında kişilər üzrə sərbəst proqrama yekun vurulub.

Offsideplus.az xəbər verir ki, Azərbaycanı təmsil edən Vladimir Litvinstev yarışı 16-cı yerdə başa vurub. Təmsilçimiz 209,1 xallıq nəticə göstərib. 

Qeyd edək ki, ilk yeri Fransa fiqurlu konkisürəni Adam Şao Him Fa tutub. İkinci yerdə Estoniyadan Aleksandr Selevko, üçüncü pillədə isə İtaliyadan Mateo Rizzi qərarlaşıb.