20-22 oktyabr tarixlərində ABŞ-də "Skate America" adlı ISU Qran Pri yarışı baş tutub. 

Offsideplus.az xəbər verir ki, Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən idmançımız Vladimir Litvintsev Amerika Birləşmiş Ştatlarında keçirilən yarışda qısa və sərbəst proqramla çıxış edib.

Təmsilçimiz 12 idmançı arasında qısa və sərbəst proqramın nəticəsinə uyğun olaraq 237,44 xal toplayaraq 5-ci yerə sahib olub.