Bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksində buz meydançasının açılışı olub.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Meydançanın açılışında 2023-cü il Qran-Pri və Qış Olimpiya Festivalının iştirakçısı Səbinə Əliyeva nümunəvi çıxış göstərib. Tədbirdə federasiya rəhbərləri, Olimpiya və dünya çempionları, idman səfirləri və idman ictimaiyyətinin nümayəndələri, məktəblilər, eləcə də ahıllar evlərinin sakinləri iştirak ediblər.

Qeyd edək ki, burada fiqurlu konkisürmə və hokkey idman növlərinin inkişaf etdirilməsi üçün tələb olan hər bir imkan var. Müxtəlif yaş qrupları üzrə bölmələr fəaliyyətə başlayacaq.