Fiqurlu konkisürmə üzrə Yaponiyanın Saitama şəhərində dünya çempionatı davam edir. 

Offsideplus.az xəbər verir ki, sərbəst proqramda yaponiyalı Kaori Sakamoto 224,61 xalla birinci yeri tutub. Cənubi Koreya təmsilçisi Hein Li 220,94 xalla ikinci, belçikalı Luna Hendriks 210,42 xalla üçüncü olub. 

Qeyd edək ki, turnir 26 martda başa çatacaq.