Martın 8-də Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun Baş Assambleyası keçirilib.

Offsideplus.az xəbər verir ki, onlayn formatda təşkil edilən Baş Assambleyada qitə qurumuna seçkilər olub.

Səs vermənin nəticələrinə əsasən Azərbaycan Qış İdmanı Növləri Federasiyasının baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçilib. O, növbəti 4 il müddətinə bu vəzifəni icra edəcək.