İspaniyanın Boy-Taul xizək mərkəzində Xizək Alpinizmi üzrə Dünya Çempionatının açılış mərasimi keçirilib.

 

Offsideplus.az xəbər verir ki, fevralın 24-dən başlayan yarışda Azərbaycan 5 yerli idmançı ilə təmsil olunur.

Azərbaycan xizəkçiləri martın 1-də xizək alpinizminin şaquli yürüşü, növbəti gün isə komanda yürüşündə yüksək nəticə uğrunda mübarizə apararacaqlar.

Martın 4-də isə idmançılarımız fərdi yürüş növləri üzrə öz güclərini sınayacaqlar.