Ötən gün Almaniyanın Oberstdorf şəhərində keçirilən fiqurlu konkisürmə üzrə “Bavaria Open 2023” yarışına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycanı tək konkisürmədə təmsil edən yeniyetmə idmançımız Səbinə Əliyeva yekun nəticədə 103,82 xal toplayaraq 19 idmançı arasında 9-cu yerə sahib olub.
Həmçinin yarışın buz üstündə rəqs növündə 2 cütlüyümüz, Adrienne Carhat və Aleksandr Kolosovski 145,34 xalla 6-cı, Samantha Ritter və Deniel Brykalov isə 145,30 xalla 7-ci pillədə qərarlaşıblar.Topladığı xalların nəticəsinə əsasən atletlərimiz Adrienne Carhat və Aleksandr Kolosovskiy Dünya Çempionatına vəsiqə qazanıblar.
Eyni zamanda yarışın buz üstündə rəqs növündə yeniyetmə cütlüyümüz Anna Obrien və Stiven Vey ritm rəqsi üzrə ilk çıxışlarını edərək 92,91 xalla 15-ci yerə sahib olublar.