Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edən idmançımız İlya Kostov dekabrın 15-də İtaliyanın Santa Caterina Valfurva xizək mərkəzində keçirilən FIS təqviminin beynəlxalq yarışında iştirak edib.

Offsideplus.az xəbər verir ki, atletimiz yarışın 18 yaşa qədər olan yeniyetmələr kateqoriyasında 11 ölkədən olan 41 idmançı arasında dağ xizəyi idmanının “downhill” növü üzrə birinci yerə sahib olub. Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, yarışlara 3 yaş kateqoriyasi üzrə 11 ölkədən 106 iştirakçı qatılıb.