Türkiyə 1-ci Liqasında 26-cı turun son matçında azərbaycanlı futbolçular üz-üzə gəliblər.

Offsideplus.az xəbər verir ki, Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyəspor” səfərdə Sertan Taşkının formasını geyindiyi “Manisa”ya uduzub.

Qarşılaşma manisalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində yer alan Sertan 90 dəqiqə mübarizə aparıb. Coşqun isə bu görüşdə meydana çıxmaq şansı qazanmayıb.

İdman.biiz xəbər verir ki, “Manisa” 31 xalla 11-ci, “Ümraniyəspor” 30 xalla 13-cü pillədə yer alıb.