Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının C Liqasının 4-cü qrupu üzrə Litvaya qarşı keçirəcəyi ev oyunu mayın 30-u saat 18:00-da baş tutacaq. 

Offsideplus.az xəbər verir ki, adətən ev matçlarını "Dalğa Arena"da keçirən qızlarımız bu dəfə həlledici qarşılaşmaya Bayıl stadionunda çıxacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Siyasət Əsgərov "Offside" radio verilişinə açıqlamasında azarkeşlərin dəstəyinə ehtiyaclarının olduqlarını və bu səbəbdən Bayıl stadionunu seçdiklərini bildirib.

Qeyd edək ki, hazırda qrupda Monteneqro və Azərbaycan milli komandaları hərəyə 5 xal toplayıb. Litva isə 2 oyundan sonra 0 xalla sonuncudur. 

UEFA Millətlər Liqası, C Liqası, 4-cü qrup

18:00 Azərbaycan - Litva

Bayıl stadionu