Rəqibi öncədən təhlil etmişdik və bizi gərgin mübarizənin gözlədiyini bilirdik”.

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın 17 yaşadək qızlardan ibarət milli komandasının baş məşqçisi Nərgiz Qurbanova deyib.

Gənc çalışdırıcı Bakıda keçirilən Avropa çempionatının II seçmə mərhələsində B Liqasının 2-ci qrupunda Bolqarıstan yığması üzərində qələbə (3:2) barədə fikirlərini AFFA-nın rəsmi saytına bildrib. O vurğulayıb ki, rəqib arxayınlığın cəzasını çəkib: “Bolqarıstan komandası ilk matçla müqayisədə bizə qarşı əsas heyət oyunçularını meydana buraxmamışdı. Bu da onların görüşə rahat çıxdıqlarını göstərirdi. Fürsəti lazımınca dəyərləndirərək, birinci hissədə əks-hücumdan qol vurduq. Fasilədən sonra bolqarların əsas heyət üzvləri mübarizəyə qoşuldular. İkinci qolu da vurduq. Son dəqiqələrdə hesabda bərabərlik yaransa da, sona qədər eyni ruh yüksəkliyi ilə çıxış etdik. Nəticədə qələbə qolunu vurmağı bacardıq”.

Xatırladaq ki, U-17 yığmamız birinci turda Lüksemburqa 0:5 hesabı ilə uduzub. Hazırda qrupda 3 xalla ikinci pillədə qərarlaşan komandamız sabah son tur çərçivəsində Malta ilə qarşılaşacaq.

BU DA MARAQLIDIR:

"Səbail"dən antirekord: istefaya göndərilən baş məşqçilər - SİYAHI