19 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının ikinci seçmə mərhələsində uğursuz çıxış edib.

Offsideplus.az xəbər verir ki, yığmamız B Liqasının Albaniyada təşkil olunan 4-cü qrupunun bütün oyunlarını məğlubiyyətlə başa vurub. Həmyerlilərimiz qrup mərhələsində öz qapılarından 10 top buraxıblar, cəmi 1 dəfə fərqləniblər.

Həm Şimali İrlandiya, həm də Albaniyaya 0:4 hesabı ilə uduzan U-19 son matçda Monteneqro ilə qüvvəsini sınayıb. Bu oyunda da xal qazanmaq müşkülə çevrilib - 1:2.

Qarşılaşmada yığmamızın yeganə qolunu 66-cı dəqiqədə Aysel Ziyadova vurub. Milli komandamız vətənə qrup sonuncusu kimi qayıdır.