Bu gün saat 15-də Azərbaycan və Monteneqronun qadın futbolçulardan ibarət milli komandaları arasında UEFA Millətlər Liqası çərçivəsində keçirilməsi nəzərdə tutulan oyun təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Matçın bu gün keçirilib-keçirilməyəcəyi məlum deyil. Yekun qərar qarşılaşmanın baş hakiminin stadionun ot örtüyünün vəziyyətinə baxmasından sonra veriləcək.
Oyun Mərdəkandakı Liv Bona Dea stadionuna təyin olunub.