"Təəssüflər olsun ki, evdəki oyunda belə hesabla məğlub olduq".
Offsideplus.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət milli komandamızın baş məşqçisi Sİyasət Əsgərov Macarıstana qarşı oyundan sonra deyib. O, 0:5 hesablı məğlubiyyəti belə şərh edib:
"B Liqasında 2-ci dəfədir ki, böyükhesablı məğlubiyyətə uğramışıq. Rəqib çox keyfiyyətli komandadır, futbolçularının əksəriyyəti Türkiyə Liqasında oynamağa davam etdikləri üçün fiziki formaları yüksək səviyyədə idi. Bu gün iki sarı vərəqəyə görə Manya və Peritan oyunu buraxmışdı, onların yerini doldura bilmədik. Esranı da son məşqdə aldığı zədəyə görə riskə getməyib, oynatmadıq. Onların yeri göründü. Buraxdığımız qullardan sonra komanda özünə gələ bilmədi və hesab belə oldu".
S.Əsgərov 15 yaşlı Xanım Əsədovanın A milliyə dəvəti və debütündən danışıb:
"Xanım az kütlə arasındakı bizim talantlarımızdan biridir. Ayın əvvəlində aşağı yaş qruplarından qızları baxış üçün dəvət eləmişdik, onlardan biri də Xanım Əsədova idi. Xanım uzun müddət idi ki, nəzərimizdəydi. 2 oyunçumuz sarı vərəqəyə görə oyunu buraxırdı, elə ona görə istədik ki, Xanıma şans verək. Bu onun üçün də bir stimul oldu, 16 yaşlı qızın A millidə debüt eləməsi böyük bir şeydir. Onun gələcəyi naminə bu addımı atdıq. Matçın gedişində də şans vermək qərarına gəldik. Xanım Əsədovanı gələcək illərdə tez-tez milli komandada görə biləcəyik”.