"Aston Villa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Birmingem təmsilçisi 19 yaşlı Alissonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Gənc vinger üçün "Qremio" klubuna 10+2 milyon avro ödənəcək.

O, "Qremio"nun heyətində 41 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib