"Çelsi" heyətinə yeni futbolçu cəlb edib.

Offsideplus.az xəbər verir ki, London klubu "Arsenal"ın hücumçusu Olivye Jirunu transfer edib. 31 yaşlı hücumçu ilə 1 il yarımlıq müqavilə imzalanıb. Bu transfer üçün "Çelsi" 15 milyon 300 min funt sterlinq təzminat ödəyib.

Qeyd edək ki, O.Jiru yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək.