"Çelsi"nin baş məşqçisi Entso Mareska Premyer Liqada noyabr ayının ən yaxşı baş məşqçisi seçilib.
Offsideplus.az xəbər verir ki, London klubu ötən ay keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.
E. Mareska 2-ci dəfə bu mükafatın sahibi olub.
Onun komandası hazırda 25 xalla Premyer Liqada 5-ci yerdədir.



