Futbol ictimaiyyətini heyrətə gətirən transfer xəbəri yayılıb.
Offsideplus.az xəbər verir ki, İngiltərənin nəhəng klublarından olan "Liverpul" Kevin De Bruyneyə rəsmi təklif göndərib. İtaliyanın tanınmış jurnalisti Gianluca Di Marzionun məlumatına əsasən, "qırmızılar" 33 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün ciddi addım atıb. Bu təklif De Bruyne üçün sadəcə bir transfer deyil, həm də uşaqlıq arzusu kimi dəyərləndirilir. Qeyd edək ki, belçikalı ulduz gənclik illərində "Liverpul"un azarkeşi olub və Maykıl Oven onun kumiri sayılırdı.
Hazırda "Mançester Siti" ilə müqaviləsi 30 iyunda başa çatacaq De Bruyneyə klub yeni müqavilə təklif etməyib. Bu səbəbdən oyunçu azad agent kimi bazarda diqqət mərkəzinə düşüb. "Liverpul"a İtaliyanın "Napoli" klubu da rəqibdir. Həmçinin ABŞ-dan "Çikaqo Fayr" klubu da De Bruyne ilə maraqlanır.
"Napoli" transfer üçün “konkret addımlar” atsa da, "Liverpool"un təklifi daha emosional əhəmiyyət daşıyır. Klubun yeni baş məşqçisi Arne Slotun bu transferlə komandasını gücləndirmək istədiyi bildirilir.
Kevin De Bruynenin hələ də yüksək səviyyədə oynaya biləcəyini düşünməsi, onu Premyer Liqada saxlaya bilər. Ulduz futbolçunun hansı qərarı verəcəyi yaxın günlərdə bəlli olacaq. "Liverpul"a mümkün keçidi reallaşsa, bu yay transfer dönəminin ən səs-küylü transferlərindən biri kimi tarixə düşə bilər.