İngiltərənin "Sanderlend" klubunun 17 yaşlı futbolçusu Kris Riqq nəhənglərin diqqətini çəkməyə davam edir.
Offsideplus.az xəbər verir ki, "Tottenhem" gənc istedad üçün 37 milyon funt-sterlinq ödəməyə hazırdır. Bu barədə "Fichajes" portalı məlumat yayıb.
London klubu yayda bu transferi bitirməkdə qərarlıdır.
Riqq artıq iki mövsümdür "Sanderlend"in əsas komandasında çıxış edir. O, cari mövsüm Çempionşipdə 34 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Gənc futbolçu yarımmüdafiəçi mövqeyində oynayır.