İngiltərənin "Tottenhem" klubu yarımmüdafiəçisi Rodriqo Bentankurla müqavilə uzatmaq üçün danışıqlara başlayıb.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi uruqvaylı yarımmüdafiəçiyə uzunmüddətli sözləşmə təklif edib. Onun hazırki müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Bentankurla "Milan" da yaxından maraqlanır. "Qırmızı-qaralar" onun durumunu təqib etməyə davam edəcək.

Uruqvaylı futbolçu cari mövsümdə bütün turnirlərdə 32 oyunda meydanda olub. O, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.