"Mançester Yunayted" növbəti mövsüm üçün ilk transferini etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Nyukasl"ın yarımmüdafiəçisi Şon Lonqstaffı heyətinə qatmaq istəyir.
"Nyukasl"ın yetirməsi olan Lonqstaff 2018-ci ildən əsas komandada çıxış edir. 27 yaşlı futbolçu cari mövsümdə 28 oyunda meydanda olub və 1 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə onun bazar dəyəri 22 milyon avrodur.