"Liverpul" klubunda cari mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq futbolçuların gələcəyi bəlli olub.
Offsideplus.az "Telegraph"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin heyətində Mohamed Salah və Vircil Van Deyklə sözləşmələr yeniləcək. Klubun adıçəkilən oyunçulardan razılıq əldə etdiyi bildirilir.
Van Deyk 2 illik müqavilə ilə Avropads ən çox məvacib alan müdafiəçi olacaq.
2025-ci ilin yayında anlaşmasının müddəti bitəcək Trent Aleksander-Arnoldun isə komandadan getməsi gözlənilir.