"Brayton" "Çelsi"nin oyunçusunu transfer etməyə çalışır.
Offsideplus.az xəbər verir ki, "Brayton" "zadəganlar"ın heyətindən Tosin Adarabioyonun keçidini həll etmək niyyətindədir. bu barədə "Daily Mail" məlumat yayıb.
27 yaşlı müdafiəçinin "Çelsi" ilə 2028-ci ilin iyununa qədər müqaviləsi mövcuddur.
Qeyd edək ki, futbolçu 2024/ 25 mövsümündə 18 oyunda meydana çıxıb və 3 qola da imza atmağı bacarıb.