Juventus-un baş məşqçisi Massimiliano Alleqri İngiltərəyə köçür.

Offsideplus.az xəbər verir ki, Manchester United təcrübəli mütəxəssisə təklif göndərib.

İngiltərə təmsilçisi illik maaşı 9 milyon avro olmaqla 3 illik müqavilə təklif edib. Üstəlik, 51 yaşlı mütəxəssisə 200 milyon avroluq transfer büdcəsi də vəd olunub. Lakin o,  təklifə rədd cavabı verib.

Qeyd edək ki, Alleqri 2014-cü ildən Juventus-un sükanı arxasındadır.