İngiltərə Premyer Liqasında baş məşqçi ayrılığı gerçəkləşib.
Offsideplus.az xəbər verir ki, "Sauthempton" klubunun çalışdırıcısı Rassel Martin vəzifəsindən azad olunub. Komanda son turda "Tottenhem"ə 0:5 hesabla məğlub olub.
Qeyd edək ki, "Sauthempton" turnir cədvəlində 5 xalla sonuncu yerdə qərarlaşıb.