Premyer Liqa klubu türk ulduzun transferi üçün rekord məbləğ təklif etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "Aston Villa" "Yuventus"un gənc istedadı Kenan Yıldızı heyətinə cəlb etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

İngilislər Kenan üçün Turin təmsilçisinə ən azı 80 milyon avroluq təklif irəli sürməyi planlaşdırır. 

Bu keçid baş tutarsa, Yıldız Arda Turanın rekordunu qıraraq ən yüksək məbləğə transfer olunan türk futbolçu olacaq. 

Qeyd edək ki, Arda 2015/16 mövsümündə "Atletiko"dan "Barselona"ya 34 milyona keçməklə ən bahalı türk transferi olmuşdu.