"Mançester Yunayted" ulduz futbolçusunu satışa çıxarıb.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar'' Markus Reşfordun satışından gəlir əldə etmək niyyətindədir. Bu barədə "Sky Sports" məlumat yayıb.

Oyunçunun yüksək maaşı səbəbilə kluba önəmli maddi yük olduğu düşünülür. Reşfordun yüksək maaşından qurtularaq Maliyyə Fair Play sistemində boşluq yaratmaq planlaşdırılır.

Qeyd edək ki, 27 yaşlı futbolçunun 2028-ci ilə qədər müqaviləsi var. O, 60 milyon avro dəyərə malikdir.