Rodriqo Bentankur Hon Min Sona qarşı irqçi ifadələr işlətdiyinə görə cəzalanıb.

Offsideplus.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası Bentankura 7 oyunluq cəza verib və 100 min sterlinq cərimələyib.

Qeyd edək ki, uruqvaylı futbolçu ölkəsində qatıldığı bir proqramda Sonla bağlı "Sonninin qohumu da ola bilər, çünki hamısı eyni görünür" sözlərini söyləmişdi. Lakin, ifadəlırinin ardınca Cənubi Koreyalıdan üzr də istəmişdi.