"Bavariya"nın futbolçusu Mateys de Lixt karyerasını İngiltərədə davam etdirəmə yaxındır.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Qeyd olunub ki, niderlandlı müdafiəçi "qırmızı-şeytanlar"la şəxsi razılıq əldə edib.
Onun "Bavariya" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
24 yaşlı futbolçu ötən mövsüm Münxen klubun heyətində 30 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.