"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne gələcək karyerası haqda danışıb.
Offsideplus.az xəbər verir ki, o, Avropa çempionatından sonra klubla danışıqlara başlayacağını bildirib:
"Avropa çempionatından sonra istirahət etmək istəyirəm. Daha sonra "Mançester Siti" ilə danışıqlara başlaya bilərəm".
Qeyd edək ki, belçikalı futbolçunun "şəhərlilər"lə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Xatırladaq ki, Belçika qitə çempionatının 1/8 final mərhələsi çərçivəsində Fransa ilə üz-üzə gələcək. Matç bu gün Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Məlik Məlikov