İngiltərənin "Çelsi" klubu heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az ESPN-ə istinadla xəbər verir ki, "zadəganlar" "Yuventus"un hücumçusu Duşan Vlahoviç üçün hərəkətə keçib. 

London təmsilçisi 23 yaşlı forvardın keçidini tezliklə həll etmək istəyir.

Məlumata görə, "Çelsi"nin bu transferdə tələsmə səbəblərindən başlıcası Kristofer Nkunkunun uzun müddətə sıradan çıxmasıdır.