"Arsenal" klubu "Çelsi"nin hücumameyilli yarımmüdafiəçisi Kay Havertsə "elçi düşüb".
Offsideplus.az "Guardian"a istinadla xəbər verir ki, "topçular" almaniyalı futbolçunu yay transfer dövründə heyətinə qatmaq istəyir.
"Çelsi" rəhbərliyi isə 24 yaşlı oyunçu üçün 80 milyon avro tələb edir.
Bildirək ki, Havertslə Madrid "Real"ı da yaxından maraqlanır.