İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Football Transfers"ə istinadla xəbər verir ki, London təmsilçisi, "Mançester Siti"nin sağ cinah müdafiəçisi Joao Kanselo üçün hərəkətə keçib.

Məlumata görə, "topçular" 29 yaşlı futbolçu üçün 35 milyon avro ödəməyə hazırdır.