"Liverpul" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, Münhemqladbax "Borussiya"sının mərkəz hücumçusu Markus Türamı sıralarına qatmaq niyyətindədir.

"Qırmızılar" Bundesliqa klubu ilə müqaviləsinin müddəti bu ayın 30-da başa çatacaq 25 yaşlı fransalını pulsuz transfer etmək istəyir.