İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, "şəhərlilər" PSJ-nin müdafiəçisi Əşrəf Hakimi üçün danışıqlara başlayıb.
Premyer Liqa təmsilçisinin baş məşqçisi Pep Qvardiola 24 yaşlı mərakeşli futbolçunu yayda sərəncamında görmək istəyir.
Qeyd edək ki, Hakimi 2021-ci ildən PSJ-də çıxış edir.