İngiltərə “Arsenal”ının müdafiəçisi Aleksandr Zinçenko zədəsini sağaldıb.

Offsideplus.az xəbər verir ki, ukraynalı futbolçu son oyunu əzələ zədəsi səbəbindən buraxmalı olmuşdu. 

26 yaşlı sol cinah müdafiəçisi 21 apreldə “Sautempton”la Premyer Liqa matçında meydana çıxa bilər.