Almaniya millisi və "Çelsi" klubunun üzvü Kay Haverts maraqlı açıqlaması ilə gündəm olub. 

Offsideplus.az "The Guardian"a istinadən xəbər verir ki, gənc futbolçu komanda yoldaşlarının ona "eşşək" deyə xitab etdiyini söyləyib:

"Bəzi komanda yoldaşlarım mənə "eşşək" deyə səslənir. Bu, futbolumla bağlı deyil, daha dərindir. İlk gündən bəri eşşəklərlə xüsusi bağ hiss etmişəm. Çox sakit heyvanlardır, bəlkə də mən də onlar kimi sakitəm".