London "Arsenal"ına məxsus olan, icarə əsasında İtaliya “Montsa”sında forma geyinən müdafiəçi Pablo Mari bıçaq yarasından sonra əməliyyat edilib.

Offsideplus.az xəbər verir ki, bu gün səhər Milan şəhərində Pablo Marinin kürəyinin zədələnmiş iki əzələsini bərpa etmək üçün əməliyyat keçirilib. Əməliyyat uğurlu keçib və futbolçunun iki-üç gün xəstəxanada qalacağı gözlənilir.

Xatırladaq ki, Mari Milanın ətrafında yerləşən ticarət mərkəzinin yaxınlığında bir şəxs tərəfindən bıçaqlanıb. Futbolçudan başqa, daha 5 nəfər yaralanıb.