"Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud yenidən saxlanılıb.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu girov şərtlərini yerinə yetirmədiyi üçün polis tərəfindən həbsə atılıb. Bu gün futbolçu məhkəmə qarşısına çıxıb.
Meysonun sevgilisi ilə əlaqə saxlamaması barədə şərti pozduğu bildirilir.
Qeyd edək ki, bu ilin yanvarında keçmiş sevgilisi Harriet Robsonu zorlamağa və ona hücum etməyə cəhd edən Meyson Qrinvud zaminə buraxılmışdı. Harriet Robson bu yaxınlarda sosial media hesabında Meyson Qrinvudu ona qarşı cinsi təcavüzdə ittiham edib.