“Everton”un futbolçusu Allan karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vahda” klubunda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə ərəb klubunun rəsmi saytı məlumat yayıb. 31 yaşlı braziliyalı oyunçu ilə 2 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Allan 2020-ci ildən Liverpul təmsilçisində çıxış edirdi. Braziliyalı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqa klubunun heyətində 31 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib. O, 2018-2021-ci illər ərzində isə Braziliya millisində 10 matç keçirib.