“Everton” klubu qapıçı problemini yoluna qoyub.

Offsideplus.az xəbər verir ki, Liverpul təmsilçisi heyətinə bu ampluada oynayan yeni futbolçu cəlb edib. 37 yaşlı isveçrəli Eldin Yakupoviçlə birillik müqavilə imzalanıb. 

Qeyd edək ki, Yakupoviç 2017-ci ildən “Lester”də çıxış edirdi.