"Çelsi" Nqolo Kante ilə yeni müqavilə bağlamaq barəsində anlaşa bilməyib.
Offsideplus.az xəbər verir ki , bu barədə "The Athletic" nəşri məlumat yayıb. London təmsilçisi yarımmüdafiəçiyə sözləşmə təklif etsə də, qarşı tərəfdən rədd cavabı alıb. "Zadəganlar" fransalı oyunçu ilə "2+1" sxemi üzrə müqavilə bağlamaq istəyir. Futbolçunun özü isə klubun yeni sahiblərindən "Çelsi"nin keçmiş rəhbəri Roman Abramoviçin vaxtında danışıqlar apardığı 3+1 formatında olan sözləşmə tələb edir.
Xəbərə görə, klubun yeni sahibləri Kantenin tez-tez zədələndiyini nəzərə alaraq, futbolçu ilə uzun müddətli sözləşmə bağlamaq istəmir.
Hazırkı müqaviləsinin müddəti bu mövsümün sonuna qədər olan Fransa millisinin üzvü ilə Almaniyanın, İspaniyanın, ölkəsinin və İngiltərə Premyer Liqasının (2 klub) klublarının maraqlandığı bildirilir.
Qeyd edək ki, Kante zədə səbəbindən 6 turu geridə qalan Premyer Liqa da cəmi 2 oyunda meydana çıxa bilib.