"Mançester Yunayted" "Ayaks"ın futbolçusu Antonini transfer etməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" 22 yaşlı vinger üçün 90 milyon avro təklif edir. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. İngiltərə klubu braziliyalı futbolçu ilə 2027-ci ilədək müqavilə bağlayacaq.
Qeyd edək ki, Antoni 2020-ci ildə "Sao Paolo"dan "Ayaks"a keçib.