İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçuyla gücləndirib.

 Offsideplus.az "The Sun" nəşrinə istinadla xəbər verir ki, "qırmızı şeytanlar" Madrid "Real"ının yarımmüdafiəçisi Karlos Kazemironu sıralarına qatıb.

İngiltərə təmsilçisinin 30 yaşlı braziliyalı futbolçu üçün qarşı tərəfə 60 milyon avro ödədiyi yazılıb. "Sambaçı" "Mançester Yunayted"də həftəsinə 350,000 funt sterlinq qazanacaq.

Qeyd edək ki, Kazemiro 2013-cü ildən "Real"da çıxış edirdi.