"Mançester Yunayted"in növbəti transfer hədəfi bəlli olub.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Real"ın (Madrid) yarımmüdafiəçisi Kasemironu heyətinə qatmaq istəyir. Mənbənin verdiyi məlumata görə Premyer Liqa təmsilçisinin rəsmiləri danışıqlar üçün Madridə gedib. Həmçinin bildirilir ki, marağa baxmayaraq "kral" klubu Braziliya millisinin üzvünü satmaq fikrində deyil.
Qeyd edilir ki, Kasemironun "Real"ın baş məşqçisi Karlo Ançelotti ilə münasibətləri yaxşıdır və ona görə də komandadan ayrılmaq istəmir.