"Arsenal" "Mançester Siti"nin futbolçusu Aleksandr Zinçenkonu heyətinə qatıb.

Offsideplus.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. Bu transferə görə "topçular" qarşı tərəfə 32 milyon funt sterlinq ödəyəcək.

Qeyd edək ki, Zinçenko 2017/18 mövsümündən "şəhərlilər"də çıxış edirdi. O, komanda ilə 4 dəfə Premyer Liqa çempionluğu, 4 Liqa kuboku, 2 ölkə superkuboku və 1 FA kuboku qazanıb. Ukrayna millisinin üzvü 2021-ci ildə isə Mançester təmsilçisi ilə UEFA Çempionlar Liqasının finalında oynayıb.