"Liverpul"un müdafiəçisi Ben Devis növbəti mövsümdən "Reyncers"də çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Şotlandiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu qarşı tərəflə 30 iyun 2026-ci ilə qədər sözləşmə imzalayıb.

Qeyd edək ki, Devis "Liverpul"a 2020/21 mövsümünün ikinci yarısında transfer olunub və heç bir rəsmi matçda iştirak etməyib.