"Yuventus"dan ayrılan Paulo Dibala "Çelsi"də çıxış edə bilməyəcək.

 Offsideplus.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Argentina millisinin futbolçusu London təmsilçisinə təklif olunsa da, klub 28 yaşlı futbolçunun maraq dairəsində olmadığını qarşı tərfə çatdırıb. 

Qeyd edək ki, müqaviləsi başa çatdıqdan sonra Turin təmsilçisindən ayrılan Dibala 2015-ci ildən oynadığı komandada 295 matçda 115 qolla yadda qalıb.