"Mançester Siti"nin futbolçusu Aleksandr Zinçenko klubdan ayrılmağa hazırlaşır. 

 Offsideplus.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi "Arsenal"a keçməyə razılıq verib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. London təmsilçisi Ukrayna millisinin üzvünə görə "şəhərlilər"ə 35 milyon avro ödəyəcək.

Qeyd edək ki, 25 yaşlı futbolçu geridə qalan mövsümdə bütün turnirlərdə 28 matçda iştirak edib.